Əvvəllər məhkum olmuş Bakı sakinləri külli-miqdarda heroinlə saxlanılıblar. Bu barədə cümə axşamı "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Axtarışın gedişində saxlanılan şəxslərin birindən 11,237 qram, digərindən 610,14 qram heroin götürülüb.
Bundan başqa, keçirilmiş əməliyyat nəticəsində Abşeron RPŞ əməkdaşları Bakı sakinini saxlayıblar, onun üzərindən 430 qram marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanıb, təhqiqat aparılır.