Fransa Xarici İşlər Nazirliyi cümə axşamı yaydığı bəyanatda fevralın 26-da Parisdə Azərbaycan diasporunun iki nümayəndəsinin döyülməsi ilə bağlı insidentin baş verməsindən təəssüfləndiyini bildirir.
“Biz belə bir hadisənin baş verməsindən təəssüflənirik və fevralın 26-da Milli Assambleyanın binasında baş vermiş bu zorakılıq aktını pisləyirik. Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinin yalnız dialoq yolu ilə mümkünlüyünə inanır”, - deyə bəyanatda bildirilir.
XİN qeyd edir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri qismində Azərbaycanla Ermənistan arasındakı dialoqun tərəfdarı kimi öz üzərinə götürdüyü vəzifəni bir daha təsdiq edir.