Martın 1-2-də İstanbulda üçtərəfli Kordinasiya Şurasının (KŞ) beşinci iclasında Bakı- Tbilisi –Qars- nəqliyyat dəhlizinin tikinti layihəsi üzrə işlərin gedişi müzakirə olunacaq.Bu barədə Nəqliyyat Nazirliyinin məlumatında bildirilir.
“KŞ nəqliyyat infrastruktru sahəsində həyata keçirilən islahatlar, Azərbaycan, Türkiyə Gürcüstan arasında münasibətlərin inkişafı,tranzit yüklərin daşınma potensialı, Bakı- Tbilisi -Qars layihəsinin reallaşmasında cari vəziyyət, görülən işlər və digər məsələlər müzakirə mövzusu olacaq”,- deyə məlumatda bildirilir.
İçlasda Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov da iştirak edəcək.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də mövcud Tiflis-Bakı magistralından istifadə olunmaqla dəmir yolu dəhlizinin yaradılması haqda hökumətlərarası saziş imzalayıblar. Layihə uzunluğu 98 km olan Qars- Axalkalaki dəmiryolu magistralının tikintisini də nəzərdə tutur, onun 68 km-i Türkiyə ərazisindən,30 km-i Gürcüstan ərazisindən keçəcək.Layihə həmçinin, Gürcüstanda Axalkalaki-Tbilisi dəmir yolu magistralının 183-cü kilometrlik hissəsinin yenidən qurulmasını da nəzərdə tutur.Gürcüstan tərəfində tikinti işləri Azərbaycanın Gürcüstana ayırdığı ümumi məbləği $775 mln.-a bərabər iki güzəştli kredirt hesabına reallaşdırılacaq.
Hazırda Gürcüstan ərazisində, xüsusən də onun Türkiyə ilə sərhəddində dəmir yolunun tikintisi üzrə işlər həyata keçirilir. BTQ marşrutu ilə ilk qatarın 2014-cü ilin birinci rübündə xəttə buraxılması planlaşdırılır.
Başlanğıc mərhələdə bu dəmir yolu ilə nəql edilən yüklərin həcmi ildə 5 mln. ton səviyyəsində olacaq, daha sonra yük daşımaların həcminin ildə 15-17 mln. tona çatdırılması gözlənilir.