Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə etmək üçün cümə günü Parisə işgüzar səfərə yola düşüb.Bu barədə XİN mətbuat katibi Elman Abdullayev brifinqdə məlumat verib.
Onun szölərinə görə, E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bu mövzu ətrafında müzakirələr aparacaq.