Vergilər Nazirliyi dəftərxana və təsərrüfat mallarının tədarükçülərini müəyyən edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Vergilər Nazirliyi “Office Lines” MMC ilə dəftərxana mallarının satın alınmasına dair 261 min 112,76 manat məbləğində müqavilə bağlayıb.
“Office Support” MMC ilə təsərrüfat mallarının satın alınmasına dair 279 min 213,96 manat məbləğində müqavilə bağlanılıb.
“Bestpack” MMC ilə poliqrafiya məhsullarının çap etdirilməsinin satın alınmasına dair 154 min 524,3 manat məbləğində müqavilə bağlanılıb.