İraqda avtomobillərdə yerləşdirilmiş iki partlayıcı qurğunun partlaması nəticəsində ən azı 5 nəfər həlak olub. Bu barədə cümə günü Əd-Divaniyə şəhərinin Səhiyyə Departamentinin rəhbəri Adnan Turki məlumat verib.
Təxminən 45 nəfər isə yaralanıb.
Məmur izah edib ki, cümə günü səhər saatlarında qoyun bazarlarından birində bir-birinin ardınca iki partlayış baş verib.