Qarabağ münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ilk növbədə Ermənistanın və erməni xalqının özünün gələcəyinə zərbə vurur. Bu barədə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının (ABŞ) Pepperdayn Universitetinin müəllim və tələbələri qarşısında çıxışı zamanı bəyan edib.
“Təsadüfi deyil ki, məhz belə ziyanlı, qeyri-uzaqgörən siyasət nəticəsində Ermənistan son 20 ildə əhalisinin yarısını itirib, böyük iqtisadi problemlərlə üzləşib, xarici yardımlardan asılı vəziyyətə düşüb”, - deyə o bildirib.
Diplomatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və məcburi köçkünlərin öz dogma torpaqlarına qayıtmasından sonra mümkündür.