Martda Azərbaycanda havanın temperaturunun normaya yaxın olması gözlənilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturu, respublika üzrə yağıntıların aylıq həcmi kimi normaya yaxın, bəzən normadan yuxarı olacaq. Ümumilkdə, hava şəraiti qeyri-sabit olacaq, bu isə fəsilə uyğundur.
Mart ayında Bakıda və Abşeron yarımadasında havanın temperaturu 6-8 dərəcə isti təşkil edəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 olacağı gözlənilir. Ayın ikinci və üçüncü ongünlüyündə havanın temperaturu 15-18 dərəcə istiyə çatacaq. Aylıq yağıntıların həcmi normaya yaxındır (20-27 mm).