Prezident İlham Əliyev Pakistan səfiri İnayat Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə cümə günü dövlət başçısının saytında məlumat verilir.
Görüşdə İ.Əliyev Azərbaycan ilə Pakistan arasında münasibətləri daha da möhkəmləndirməyin önəmini vurğulayıb və bu istiqamətdə göstərdiyi xidmətlərə görə İ.Kakara təşəkkürünü bildirib.