Səhiyyə Nazirliyi 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatları təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlar 23 fevral-5 mart tarixlərində inin təşkilatçılığı ilə Naxçıvan Müalicə Diaqnostika Mərkəzində keçirilir. Əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasından tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi tərəfindən icra olunur.
Buna başqa, 50-60 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları təşkil olunacaq.
Səhiyyə Nazirliyindən qeyd eidlib ki, bu günlərdə İzmir şəhərindən dəvət olunmuş professor Suat Buket rezident və gənc həkimlərin praktiki və teorik təcrübəsinin artırılması məqsədilə treninq kursları keçirəcək.