Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti İspaniyanın Barselona şəhərində illik Mobile World Congress 2013 sərgi və konfransında iştirak edib. Bu barədə nazirliyin saytında məlumat verilir.
Nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov rəhbərlik edib.
Sərgi iştirakçılarına İT sahəsində ən son yenilikləri və nailiyyətləri nümayiş etdirməyə şərait yaradılıb. Sərgidə xüsusilə genişzolaqlı internetin simsiz vasitələrlə məsafəyə ötürülməsi və qəbulu üzrə müxtəlif tipli qurğu, smartfon, planşet, TV vasitələri, kompüterlər haqqında ətraflı həllər təqdim edilib.