2013-cü ilin fevral ayında Azərbaycanda İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi üzrə 3,9 mln. manat məbləğində sığorta haqqı əldə ediblər. Bu barədə İcbari Sığorta Bürosunun məlumatında bildirilir.
“İcbari sığorta növləri haqqında”qanun tətbiq edilməyə başladıqdan sonra Büro üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 50,5 min o cümlədən xaricdə qeydiyyata alınmı. Və azərbaycandan tranzit məqsədi ilə keçən avtomobillərin sığortalanması üzrə 17,5 min sığorta müqaviləsi bağlayıb. Bunlara əsasən sığortaçıların əldə etdiyi sığorta haqlarının ümumi miqdarı 3.9 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
2012-ci ilin fevral ayı ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanana müqavilələrin sayı 30% artıb.
Büronun məlumatına əsasən, Büro üzvləri tərəfindən 2012-ci ilin iyun ayında 76,5 min sığorta müqaviləsi bağlanıb .O cümlədən, xaricdə qeydiyyatda olan və Azərbaycandan tranzit məqsədilə keçən avtomobil nəqliyyat vasitələrinin sığortası üzrə 19,8 min müqavilə bağlanıb (sığorta müqaviləsi 1 ay müddətinə bağlanılır – İF-Az). Cari ilin iyun ayı ərzində sığortaçıların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əldə etdikləri sığorta haqları 6,1 mln. manat təşkil edib.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb.
“İcbari sığorta növləri haqqında” qanun icbari sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətlərinin iflasa uğradıqları zaman həyata keçiriləcək
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Qanun çərçivəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi tətbiq edilib. Xüsusilə, 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərikinin həcmi 1500 kub. santimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artıqca 1,5-5 əmsalları tətbiq olunacaq. Mühərrikinin həcmi 5 min kub. santimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunacaq, yəni sığorta tarifi 250 manat təşkil edəcək.
Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4 tətbiq edilir.
Yük avtomobillərində sığorta əmsalı yükgötürmə qabiliyyətindən asılı olaraq dəyişəcək əmsal 3-dən 5-ə qədər təşkil edir
Motosiklet, traktorlar və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə, trolleybus və tramvaylar üçün isə əmsal 1-ə bərabərdir.
Bundan başqa, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqının müəyyən olunması zamanı həmçinin bonus-malus sistemi tətbiq edilir.
Qanuna əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka vurulmuş ziyana görə 5 min manat, sağlamlığa vurulan ziyana görə ödənilən bir nəfərə görə sığorta məbləği 5 min manat, bir sığorta hadisəsinə görə ümumi limit - 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişinin məbləği 55 min manat təşkil edə bilər.