Suriya İnqilab və Müxalifət Qüvvələrinin Milli Koalisiyasının lideri(SİMQMK) Moaz əl Xətib bazar günü Suriya daxilində səfərə çıxıb.Bu barədə qərb KİV-i məlumat verib.
O şimalı Suriyanın müxalifət qüvvələrinin nəzarəti altında olan yaşayış məntəqlərində, eləcə də Türkiyə ilə həmsərhəd əyalətlərdə səfərdə olub. Bu Moza əl Xatibin SİMQMK lideri seçildikdən sonra ölkə daxili ilk səfəri idi.
Suriyanı gəzdikdən sonra müxalifət lideri Türkiyədə müxalifət silahlı qüvvələrinin 220 komandiri ilə görüşüb.Görüşdə müxalifətin nəzarəti altında olan Aleppo əyalətində administrasiyanın yaradılması müzakirə edilib.
Xəbər verildiyi kimi, Moaz əl Xətib ölkədə vəziyyətin normallaşdırılması üçün müxalifət və hakimiyyət qüvvələri arasında danışıqlar aparılması təşəbbüsünü irəli sürüb.
Xatırladaq ki, Suriyada qarşıdurmalar artıq iki ildir davam edir və toqquşmalar nəticəsində 70 minə yaxın insan həlak olub.Müxalifət lideri tələb edib ki, hakimiyyəti yalnız kütləvi ixtişaşlara qarşı aparılan əməliyyatlarda birbaşa iştirak etməmiş şəxs təmsil etməlidir.
Müxalifət həmçinin, israrla Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edir.
Öz tərəfindən Suriya prezidenti bir gün əvvəl müxalifətin “silahı yerə qoyan hissəsi ilə” danışıqlara getməyə hazır olduğunu bəyan edib.
Suriyanın XİN başçısı Valid Muallem ötən həftə İrana səfəri zamanı bildirib ki, Bəşər Əsəd 2014-cü ildə ölkədə keçirilən prezident seçkilərində iştirak etmək niyyətindədir.