Bazar ertəsi Keniyada seçki məntəqələrinin qapıları prezident seçkiləri üçün açılıb.
Rəsmi olaraq 8 nəfər prezidentliyə namizədliyini irəli sürsə də, əsas mübarizənin 68 yaşlı baş nazir Raul Odinqa və 51 yaşlı baş nazirin müavini Uxuru Keniata araında olacağı gözlənilir.İctimaiyyətin rəyinə əsasən, qələbə üçün onların hər ikisi eyni şansa malikdir.
2007-ci ildə prezident seçkilərində uduzduqdan sonra Uxure Keniata ölkəsində zor və cinayət kampaniyası başlatdı, bunun nəticəsində 1,5 minə yaxın insan həyatını itirdi.Bununla əlaqədar, Beynəlxalq Məhkəmə onu insanlığa qarşı yönəlmiş cinayətləri törətməkdə ittiham edir.
İndiki seçkilər zamanı da tayfa ayrıçeçkiliyi zəminində yeni zorakılıq dalğasının yaranacağı proqnozlaşdırılır.Çünki R.Odinq lou,U.Keniata kikiu xalqını təmsil edir.
Bazar günü Keniyanın böyük liman şəhəri Mombasda silahlı şəxslərin polislərə hücum etməsi belə düşnməyə əsas verir.Hadisə nəticəsində bir neçə nəfər həlak olub.