Azərbaycan Ordusunun əsgəri avtomat silahla ehtiyatsız davranış nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə martın 3-də saat 21.50-də baş verib.Hərbi hissələrdən birinin əsgəri 1993-cü il təvəllüdlü Orxan Mirzəzadə avtomat silahdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində həlak olub.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Bundan əlavə, N saylı hərbi hissənin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.