Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 65 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 8 nəfər həlak olub, 24 nəfər yaralanıb, 3 nəfər intihar edib.
3 nəfər qətldə, 7 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 8 nəfər qarət və soyğunda, 31 nəfər oğurluqda, 2 nəfər avtomobil qaçırmaqda, 5 nəfər dələduzluqda, 3 nəfər insan alverində, 2 nəfər xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.
Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 17 fakt qeydə alınıb.