İqtisadi İnkişaf Nazirliyinin qiymələndirməsinə görə “DəmirBank” Azərbaycanda korporativ idarəetmə standartlarının tətbiqi üzrə birinci yeri tutub.
İqtisadi İnkişaf Nazirliyi 33 şirkətin qiymətləndiriməsini aparıb, “Dəmirbank” 98,5% göstərici ilə reytinq cədvəlində birinci yeri tutub.
Qiymətləndirmədə fəaliyyətin şəffaflığı, məlumatların açıqlanması illik və digər hesabatların dərc edilməsi, səhmdarların hüquqlarıan riyayət edilməsi, dividentlərin ödənilməsi, kapitalın cəlb edilməsi, idarəetmə strukturu və digər məsələlərə önəm verilib.
“DəmirBank” həmçinin 2010-cu ildə “Standard & Poor's” beynəlxalq agentliyinin Azərbaycan bank sektorunda “Korporativ İdarəetmə Standartları” sahəsində keçirdiyi araşdırmanın nəticələrinə əsasən də şəffaflıq və məlumatların açıqlanması üzrə ilk 5 bank sırasında yerləşib.
DəmirBank korporativ idarəetmə standartlarının tətbiqinə və inkişafına böyük önəm verilir. Son illərdə Bankda korporativ idarəetmə standartlarının inkişafı üzrə müxtəlif layihələr üzrə geniş işlər həyata keçirilib. Bank həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, USAID və digər təşkilatların beynəlxalq proqramları üzrə texniki dəstək imkanlarından istifadə edib. Bu işlər strateji planlaşdırma, risklərin idarə edilməsi, daxili audit, maliyyə idarəetməsi və hesabatlılıq, insan resursları, informasiya texnologiyaları və sair sahələri əhatə edib.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO, 10%) var.