Azərbaycan və Almaniya Hökumətləri dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər.Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilir.
Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumudövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, investorların özəlləşdirmə prosesinə cəlb edilməsi, habelə tərəflər üçün qarşılıqlı maraq kəsb edən digər məsələləri əməkdaşlıq istiqamətləri kimi müəyyən edib.