Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC təqdim edilən bank xidmətlərinin spektrinin genişləndirilməsi üçün qanunvericiliyə müvafiq dəyişiklər daxil etməyi təklif edir. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov çərşənbə axşamı mətbuat konfransında bəyan edib.
“Biz bu gün bir sıra bank və sığorta xidmətlərin təklif edirik. Lakin, həmçinin “Azərpoçt”un gələcəkdə kreditlər verməsi üçün qanunvericiliyə müvafiq dəyişiklər daxil etməyi təklif edirik”, - deyə N.Məmmədov bildirib.
Onun sözlərinə görə, MMC-nin bank sahəsində fəaliyyətdə kiçik təcrübəsi var. “Həmçinin bizim kadrların treninqlərin keçirilməsinə ehtiyacı var. Bu məsələləri həll edərək biz hətta depozitlər qəbul edə bilərik”, - deyə o əlavə edib.
N.Məmmədov vurğulayıb ki, 2012-ci il ərzində şirkətin gəlirləri 800 min manat təşkil edib.
Çərşənbə axşamı “Azərpoçt” MMC və BOT “Miqom” QSC “Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı. Pul köçürmələri bazarında innovasiya prosesləri” mövzusunda mətbuat konfransı keçirib.
N.Məmmədov bəyan edib ki, “Azərpoçt” MMC 800-dək şöbəsi korporativ xidmətlərə, o camlədən 200-ü - “Miqom”-un xidmətlərinə qoşulub.
BOT “Miqom” QSC-nin İdarə Heyətinin sədri Natalya Karaçevtseva vurğulayıb ki, bank-tərəfdaşlarda məntəqələr nəzərə alınmaqla Azərbaycanda 600 köçürülmə sistemi məntəqəsi fəaliyyət göstərir. “Yaya qədər 2 dəfə artmağı planlaşdırırıq. Ümid edirik ki, Azərbaycan Zaqafqazyada üsütnlük təşkil edən dəhliz olacaq”, - deyə N.Karaçevtseva əlavə edib.
“Azərpoçt” MMC və BOT “Miqom” QSC arasında əməkdaşlığa dair müqavilə 2012-ci ilin noyabr ayında imzalanıb.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı cəmiyyətə bank-maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verib.