Milli Məclis ciddi araşdırmalardan sonra Fransa parlamenti qarşısında Azərbaycan vətəndaşlarının döyüllməsi faktına reaksiya verəcək.Milli Məclisin spikeri Oqtay Əsədov çərşənbə günü parlamentin plenar iclasılnda belə bəyan edib.
“Bu məsələ hazırda araşdırılır və dövlətin, eləcə də XİN-in diqqət mərkəzindədir,cavab hazır olan kimi bu barədə sizə məlumat veriləcək”,- deyə spiker Milli Məclisi məsələyə reaksiya göstərməyə çağıran Qüdrət Həsənquliyevə bildirib.
“Özünü demokratiyanın beşiyi adlandırıan Fransa parlamenti qarşısında azərbaycanlı tələbələr qəddarcasına döyülüb.Bununla əlaqədar Azərbaycan XİN Fransa tərəfinə etiraz notası verməklə operativ reaksiya göstərdi.Bununla yanaşı, hesab edirəm ki, bu hadisə parlamentdə baş verdiyinə görə, biz azərbaycanlı tələbələrin döyülməsi faktına parlamnent və ya parlament komitəsi səviyyəsində reaksiya göstərməliyik və bu özbaşınalığı ciddi müzakirə etməliyik”,- deyə Q.Həsənquliyev qeyd edib.
Fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşenbloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.
İnsident Fransadakı erməni diasporunun təşkilatçılığı və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırdıqları zaman baş verib. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olub və iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər.
Baş verən insidentlə əlaqədar Azərbaycanın Fransadakı səfirliyi Fransa XİN-ə etiraz notası təqdim edib.