Bakı ətrafı qəsəbədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər həlak olub, iki nəfər ağır yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Sabunçu rayonu Pirşağı qəsəbəsində üç minik avtomobili toqquşubş Yol qəzası nəticəsində avtomobillərədn birinin sərnişini hadisə yerində həlak olub, sürücü və daha bir sərnişin isə müxtəlif travmalarla xəstəxanaya çatıdırlıblar.
Bundan başqa, Nizami rayonunda “VAZ 2107” və “KamAZ” avtomobilləri toqquşub. Nəticədə minik avtomobilinin iki sərnişini hadisə yerində həlak olublar. Sürücü bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.