İsmayıllı rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başcısı Mirdamət Sadıqov yerli gənclərin nümayəndələri ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri məlumat verib.
Rayonun Olimpiya kompleksində təşkil olunan tədbir zamanı gənclərin sosial-iqtisadi həyatında rolu, ümumilikdə ölkənin, həm də xüsusilə İsmayıllı rayonunun inkişafında gənc kadrların fəaliyyəti müzakirə mövzusu olub.