Cənubi Qaz Dəhlizi iqtisadi baxımdan səmərəli olmaqla yanaşı, həm də regionun təhlükəsizlik mühitinə müsbət təsir edəcək. Bu barədə Ceymstaun Fondunun eksperti Vladimir Sokor ABŞ Senatında Cənubi Qaz Dəhlizi mövzusunda keçirilən brifinqdə bəyan edib.
Martın 5-də keçirilən tədbirin təşkilatçısı olan Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir ki, V.Sokor Cənubi Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən və Azərbaycanın bu layihədəki aparıcı rolundan ətraflı bəhs edib. O qeyd edib ki, Azərbaycan qazının ilk dəfə Avropa bazarına daxil olması Avropanın hazırkı enerji asılılığının azaldılmasına kömək edəcək.
Ekspert Cənubi Qaz Dəhlizi layihəsinin ABŞ-ın maraqlarına cavab verdiyini və Vaşinqtonun bu layihəni dəstəkləməsinin vacibliyini bəyan edib.