Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə çərşənbə gününə keçən gecə saat 1:40 radələrində baş verib. Əsgər Elman Əliyevin ölümünün hansı səbəbdən baş verdiyi tibbi ekspertiza tərəfindən müəyyənləşdiriləcək.