Azərbaycanın qərb regionunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər yaralanıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
25 yaşlı Zərdab rayon sakininin idarə etdiyi "Mercedes" markalı minik avtomobili körpüdən aşıb. Nəticədə sürücü və onun üç sərnişini rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, təhqiqat aparılır.