Avstriyalı parlamentarilər azərbaycanlı həmkarları ilə birgə Xocalı soyqrımını müzakirə edirlər.Avstriya parlamentinin vitse- spikeri Frits Noyqebauer çərşənbə günü Bakıda jurnalistlərə belə söyləyib.
Vitse- spiker Avstriya parlamentinin də Xocalı soyqrımını tanımış və bununla əlaqədar qətnamələr qəbul etmiş bəzi Avropa ölkələrinin parlamentləri kimi hərəkət edib -etməyəcəyi barədə sualı cavablandırarkən söyləyib- “Biz AŞPA çərçivəsində debatlar təşkil edir və azərbaycanlı həmkarlarımızla Xocalı soyqrımını müzakirə edirik”.
F,Noyqebauer müxtəliv səviyyələrdə mövcud olan Azərbaycan-Avstriya münasibətlərini yüksək qiymətləndirərək Avstriya parlamentinin nümayəndə heyətinin Bakıya səfərinin bu münasibətlərin inkişafına daha böyük töhfələr verəcəyindən əminliyini ifadə edib.
“Siyasi rəhbərliklərimiz arasında sıx əlaqələr mövcuddur və bu ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edir.Bununla yanaşı, parlamentlərarası münasibətlər də bu münasibətlərin genişlənməsinə əlavə stimul verə bilər”,- deyə o qedy edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.