Müdafiə naziri Səfər Əbiyev Litvanın xarici işlər naziri Linas Linkeviçiusla hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Çərşənbə günü Bakıda keçirilən görüşdə nazirlər iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər və hərbi əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.