Bakıda Kapelhausda “ Kultur Activ” Assosiasiyasının təqdimatı keçirilib.Assosiasiya insanların mədəniyyət və incəsənətdə fəal iştirakını təbliğ edir.
Təqdimat mərasimini Azərbaycanın əməkdar rəssamı, Beynəlxalq Muzeylər və Müasir İncəsənət Kolleksiyası Komitəsinin (CIMAM) üzvü Səbinə Şıxlinskaya açıb.
O Assosiasiyanın yaranma tarixi barədə danışaraq qeyd edib ki, təşkilat 2002-ci ildə Drezdendə yerli şəhər mədəniyyətinin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb.
Onun sözlərinə görə, təşkilat hər il bir neçə böyük layihə reallaşdırır və bu layihələrdə yüz mindən artıq insan iştirak edir. “Kultur Activ” Assosiasiyasının üzvləri Azərbaycanda yerli aktyor və rəssamlarla iş birliyi yatratmağı planlaşdırır.
O Assosiasiya üzvlərinin bütün dünyada geniş fəaliyyətini əks etdirən videoyazını nümayiş etdirib.
S.Şıxlinskaya bildirib ki, Azərbaycan bu təşkilatın “Transkaukazja” layihəsinə daxil ediləcək.