2013-cü ilin fevral ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yanvar ayı ilə müqayisədə 0,1% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Fevral ayında heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.
Qoyun və keçilərin istehsalçı qiymətləri 0,7%, qoyun ətinin 0,2%, südün 0,7%, quş ətinin 3,1% ucuzlaşıb.
Hesabat ayında inəyin istehsalçı qiymətləri 1%, camışın 0,4%, hind toyuğunun 0,9%, mal ətinin 0,1%, yumurtanın istehsalçı qiymətləri 4,2% bahalaşıb.
Fevralda çoxillik bitkilərin istehsalçı qiymətləri 0,6% bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri 0,3% ucuzlaşıb.
Həmin ay arpanın istehsalçı qiymətləri 0,2%, kartofun 2%, quru noxudun 6,2%, quru otun 1,4%, limonun 0,1%, portağalın istehsalçı qiymətləri 3,7% ucuzlaşıb.
Buğdanın istehsalçı qiymətlərində 0,1%, quru lobyanın 1,2%, göyərtilərin 5,6%, pomidorun 1%, baş sarımsağın 0,3%, baş soğanın 0,2%, kələmin 0,1%, yoncanın 0,4%, almanın 2,5%, heyvanın 0,2%, şabalıdın 7%, fındığın 1%, qozun 0,6%, naringinin istehsalçı qiymətlərində isə 0,6% bahalaşma müşahidə olunub.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8% ucuzlaşma qeydə alınıb.