Vergilr Nazirliyi 2013-cü ilin fevral ayında keçirilmiş tədbirlər zamanı 4591 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edib.Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Nazirliyin məlumatına əsasən, . 2607 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 598 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 182 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 525 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 507 vergi ödəyicisi tərəfindən 1600 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1004 hüquqi şəxs tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 32 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 199 ədəd mal olduğu aşkarlanıb.