Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi 2013-cü ilin yanvar-fevral ayları ərzində 34 qeydiyyatdan keçməyən radioelektron vasitə (REV) aşkar edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Bu radioelektron vasitələr 112 təşkilat, müəssisə və şirkətlərdə keçirilən texniki baxış zamanı aşkarlanıb.
“Təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə texniki baxış baxış zamanı 34 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 12-si möhürlənib, 22 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür", - deyə nazirliyin məlumatında qeyd edilir.
2013-cü ilin yanvar-fevral aylarında dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı 10 protokol tərtib edilib.