Konqoda fəlakətə uğramış “M-8” helikopterində olan dörd ekipaj üzvü həlak olub.Bu barədə BMT-nin hərbi nümayəndəsi Moskva vaxtı ilə bazar ertəsinə keçən gecə məlumat verib.
Xəbər verildiyi kimi, martın 9-da Rusiyanın “YuTeyr” aviaşirkətinə məxsus “M-8” helikopteri Konqoda iki uçuş meydan arasında xidməti uçuş zamanı enişə 10 km qalmış heklikopterlə rabitə kəsilib.Helikopterin yoxa çıxdığı güman edilən ərazidə çətin hava şəraiti qeydə alınıb.Daha sonra isə helikopterin qalıqları cəngəllikdə tapılıb.Ekipaj barəsində məlumat verilməyib.