11-14 mart tarixlərində Almaniyanın Berlin şəhərində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov rəhbərlik edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri bir sıra ikitərəfli görüşlər keçirəcəklər.