Azərbvaycan və Əfqanıstan ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir.Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin(RİTN) saytında məlumat verilir
RİTN-də Əfqanıstanın İKT, mərmər istehsalı, səhiyyə və aviasiya sahəsində fəaliyyət göstərən iş adamlarından və rəsmi qurumlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib ki, ölkəmizin fevralda orbitə buraxdığı ilk telekommunikasiya peyki Azerspace-1 Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcək ki, Əfqanıstan da gələcəkdə bu xidmətlərdən yararlanacaq ölkələr sırasındadır.
Coğrafi məkanın verdiyi tranzit imkanlar sayəsində Azərbaycanın regional təşəbbüslərdə iştirakından danışan nazir müavininin sözlərinə görə, ölkəmizin fevralda orbitə buraxdığı ilk telekommunikasiya peyki Azerspace-1 Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcək ki, Əfqanıstan da gələcəkdə bu xidmətlərdən yararlanacaq ölkələr sırasındadır.
Əfqanıstanın gələcək inkişafı üçün önəmli olan digər layihənin Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) olduğunu qeyd edən E.Vəlizadə bildirib ki, TASİM Əfqanıstan da daxil olmaqla, Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsini, eləcə də Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur.
Əfqanıstan Ticarət və Sənaye Palatasının baş katibinin birinci müavini Xan Can Alokozai isə Əfqanıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu söyləyib.
Azərbaycanla bu sahədə qurulan əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyən baş katibin birinci müavini bu məqsədlə ölkəmizdə sərgilərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
“Təxminən 10-12 il əvvəl Əfqanıstan yalnız bir telefon firmasına malik idi,ə bu səbəbdən xeyli çətinliklərlə üz-üzə qalırdı , özəl sektor tərəfindən 3, dövlət tərəfindən isə 1 milyard dollar investisiya yatırılmaqla hazırda ölkəsində rabitə sektorunun dirçəldilməsinə nail olunub”,- deyə o vurğulayıb.
TASİM layihəsi müasir texnologiyalar istifadə edilməklə qlobal internet magistralından istifadənin təmin edilməsini, Qərb və Şərq arasında qısa yolla informasiya axınının təşkilini və informasiya texnologiyalarından istifadənin asanlaşdırılmasını nəzərdə tutur.
BMT-nin Baş Assambleyasının qətnaməsi əsasında Azərbaycan layihənin həyata keçirilməsi üçün koordinator təyin edilib.