Ötən həftə ərzində Azərbaycanın yollarında 32 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 16 nəfər həlak olub, 57 nəfər bədən xəsarəti alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Ən iri yol qəzası Bakının Nizami rayonunda baş verib. Burada “KamAZ” ilə “VAZ 2107” toqquşub. Nəticədə iki nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Zaqatala rayonunda iki avtomobilin toqquşması nəticəsində həmçinin iki nəfər həlak olub.
Şamaxı rayonunda minik avtomobili aşıb – bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.