2013-cü ilin fevral ayında Azərbaycanda yükdaşıma tarifləri yanvar ayı ilə müqayisədə 1% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 0,5% ucuzlaşıb, tranzit üzrə 1,8%, yerli əlaqə üzrə 11,7%, ixrac üzrə isə 33,3% bahalaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 1,3% bahalaşıb.
Fevral ayında boru kəmərləri vasitəsilə neftin nəql olunma tarifi 1,1% bahalaşıb.
Fevral ayında Azərbaycanda sərnişindaşıma tarifləri 1,2% ucuzlaşıb.
Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 5,8% ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,3%, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 9,3% ucuzlaşıb.
Fevral ayında poçt xidmətlərinin tarifləri 5,1% bahalaşıb, internet rabitəsi xidmətlərinin tarifləri 0,9% ucuzlaşıb.