Bu həftə Azərbaycanda havanın temperaturu 22 dərəcəyə çatacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6, gündüz 13-19 dərəcə isti təşkil edəcək. Analoji hava şəraiti çərşənbə günü də müşahidə olunacaq.
Qarşıdan gələn 2 gün ərzində respublikanın bir sıra bölgələrində hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 2-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 0-5 dərəcə, gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.