SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə axşamı Zərdab, Ucar və Binəqədi rayonlarının qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq, saat 10:00-dan 17:00-dək “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəməri, saat 11:00-dan 18:00-dək isə “Lək” və “Zərdab” Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun 9-cu mikrorayon adlanan yaşayış massivinə, Ucar rayonunun Lək kəndinə və Zərdab rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.