Milli Məclisin deputatı, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Sabir Hacıyev Mərakeşin Rabat şəhərində Siyasi işlər və demokratiya Komitəsinin iclasında iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bu məqsədlə S.Hacıyev martın 12-dən 15-dək Mərakeşin paytaxtında səfərdə olacaq.
İclas iştirakçıları Avropada dini icmalara qarşı zorakılıq, Yaxın Şərqdə vəziyyət, Əfqanıstandan narkotik maddələrin axınının güclənməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparacaqlar.