Çərşənbə axşamı Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası(QHTDDŞ) və Rusiyanın İctimai Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.Bu barədə “İnterfaks Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Azərbaycan tərəfindən sənədi Milli Məclisin deputatı, QHTDDŞ rəhbəri Azay Quliyev, Rusiya tərəfindən RF İctimai Palatasının baş katibinin birinci müavini Mixail Ostrovski imzalayıblar.
“Bu Memorandum Azərbaycan- Rusiya ictimai iləqələrinin inkişafı, eləcə də hər iki ölkənin QHT-ləri arasındakı əməkdaşlıq yolunda atılan çox vacib vəc iddi addımlardan biridir.