Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ilə Azərbaycanın ÜDM-sini 4,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi çərşənbə axşamı mətbuat konfransında bəyan edib.
Bu gün R.Almarzoqinin rəhbərlik etdiyi Fondun missiyası IV maddə üzrə Azərbaycan iqtisadiyyatının illik icmalının keçirilməsi üçün Bakıya iki həftəlik səfərini başa çatdırıb.
“2013-cü ilə Azərbaycanın qeyri-neft ÜDM-sinin artımını 9% səviyyəsində proqnozlaşdırırıq, bu isə praktiki olaraq 2012-ci ilin göstəricisinə müvafiqdir. Ümumilikdə, cari ilə Azərbaycanda iqtisadi artım 4,5% səviyyəsində proqnozlaşdırır”, - deyə R.Almarzoqi bildirib.
Onun sölərinə görə, cari ildə Azərbaycanın qeyri-neft sektoru bir çox halda ilk öncə tikinti və xidmətlər sahəsində dövlət xərcləri (dövklət kapital qoyuluşları – İF-Az) ilə şərtlənir.
R.Almarzoqi əlavə edib ki, cari ildə dövlət xərclərinin yüksək səviyyəsi inflyasiya templərinin artımına gətirəcək. “2013-cü ilə BVF Azərbaycanda orta illik inflyasiyanı 3,4% səviyyəsində proqnozlaşdırır. Yanvar-dekabr aylarında inflyasiya 7% təşkil edəcək”, - deyə o qeyd edib.
Missiyanın rəhbəri vurğulayıb ki, BVF Azərbaycan hökumətini qeyri-neft büdcə kəsirinin səviyyəsini, dövlət xərclərini tədricən azaltmağa çağırıb. “Bununla yanaşı, biz hökumətə Azərbaycanda biznes mühiti yaxşılaşdırmağı tövsiyə edirik. Özəl investisiyaların həcminin artımı hesabına hökimət dövlət xərclərinin azalmasını kompensasiya edə biləcək. Nəticədə Azərbaycan iqtisadiyyatı daha sabit və diversifikasiya olunmuş olacaq, qeyri-neft məhsullarının ixrac həcmi artacaq”, - deyə o bildirib.
BVF həmçinin Azərbaycan hökumətinə pul siyasətini sərtləşdirməyi tövsiyə edir.
R.Almarzoqi əlavə edib ki, BVF may ayında IV maddə üzrə Azərbaycan iqtisadiyyatının illik icmalının yekunlarını dərc edəcək.
Xəbər verildiyi kimi, 2013-cü ilə Azərbaycan hökuməti ÜDM-nin artımını 5,3%, o cümlədən, qeyri-neft sektorunda – 11,7% səviyyəsində proqnozlaşdırır. Orta illik inflyasiya 5,7% səviyyəsində proqnozlaşdırır.
Azərbaycan 1992-ci il sentyabrın 18-də BVF-yə qoşulub. 2006-cı ildən etibarən Azərbaycan hökuməti BVF-dən alınmalar həyata keçirmir. Əməkdaşlıq Fondun IV maddə üzrə məsləhətləşmələri, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır.
Ümumilikdə, əməkdaşlıq dövrü ərzində Azərbaycan iqtisadi islahatların aparılması zamanı əməkdaşlığa dair 6 müxtəlif proqramın reallaşdırırlması üçün BVF-dən $577,3 mln. məbləğində kreditlər cəlb edib.