Biznes mühitin təkmilləşdirilməsi Azərbaycan hökuməti üçün ortamüddətli dövr üçün prioritet məsələ olmalıdır. Bu barədə Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi çərşənbə axşamı mətbuat konfransında bəyan edib.
“Biznes və maliyyə mühitin təkmilləşdirilməsi Azərbaycan hökuməti üçün zəruridir, çünki gələcək 15-20 ildə Azərbaycanda neft hasilatının həcmi azalacaq”, - deyə R.Almarzoqi bildirib.
Onun sözlərinə görə, biznes mühitin təkmilləşdirilməsi Azərbaycan hökuməti üçün ortamüddətli dövr üçün prioritet məsələ olmalıdır.
R.Almarzoqi qeyd edib ki, hazırda hökumət biznes mühitin yaxşılaşdırılmasına yönələn bir sıra tədbirlər həyata keçirir. Onların orasında o elektron hökumətin inkişafı, Rəqabət Məcəlləsinin hazırlanması, ASAN mərkəzlərinin fəaliyyətə başlamasını, kapital bazarlarının inkişafı üzrə planları qeyd edib. “Bütün bu fəaliyyəti dəstəkləyirik və hesab edirik ki, onlar əsas məqsədə – Azərbaycan iqtisadiyyatının diversifikasiyası və “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Strategiyası çərçivəsində neft gəlirlərindən asılılığın azalmasına xidmət edir”, - deyə missiyanın rəhbəri əlavə edib.
Çərşənbə axşamı R.Almarzoqinin rəhbərlik etdiyi Fondun missiyası IV maddə üzrə Azərbaycan iqtisadiyyatının illik icmalının keçirilməsi üçün Bakıya iki həftəlik səfərini başa çatdırıb.
Azərbaycan 1992-ci il sentyabrın 18-də BVF-yə qoşulub. 2006-cı ildən etibarən Azərbaycan hökuməti BVF-dən alınmalar həyata keçirmir. Əməkdaşlıq Fondun IV maddə üzrə məsləhətləşmələri, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır.
Ümumilikdə, əməkdaşlıq dövrü ərzində Azərbaycan iqtisadi islahatların aparılması zamanı əməkdaşlığa dair 6 müxtəlif proqramın reallaşdırırlması üçün BVF-dən $577,3 mln. məbləğində kreditlər cəlb edib.