Prezident İlham Əliyev Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edib, bu səfərin Azərbaycan ilə Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafındakı rolunu qeyd ediblər.
Bundan başqa, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirilib.