Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə Abbas Allahverdiyev təyin edilib. Bu barədə nazirliyin məlumatında bildirilir.
Müvafiq əmr kənd təsərrüfatı naziri İsmət Abasov tərəfindən imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2004-cü ilin oktyabrında yaradılıb. Agentlik 2007-ci ildən kredit verməyə başlayıb.
Kreditləşdirmə qaydalarına əsasən, agentlik ASK sahəsində infrastrukturun yaradılmasına, təsdiq edilmiş dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəlmiş layihələri kreditləşdirir. Bundan başqa, kreditləşdirmədə əsas diqqət ASK məhsullarının istehsalı və emalı, fermerlərin meliorasiya və irriqasiya avadanlığı ilə təminatının yaxşılaşması, qida məhsulu sektorunun müasirləşdirilməsi və inkişafı, kənd təsərrüfatı texnikasının əldə edilməsi üzrə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.