Daxili İşlər Nazirliyinin əməkdaşları keçirilən əməliyyat nəticəsində Bakı sakinin qarət edilməsində şübhəli bilinən Qax rayon sakinini saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İstintaqın versiyasına görə, 2012-ci il oktyabrın 28-də saxlanılan şəxs paytaxtda şəhər sakininə hücum edərək əl çantasını alıb. Çantada $2,7 min, 740 manat, o cümlədən, 42 min manat dəyərində zinət əşyaları və mobil telefon olub.
Faktla bağlı istintaq davam edir.