“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2013-cü ildə Azərbaycanın 10 şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yaxılaşdırılması üzrə layihələrinin reallaşdırılmasına başlayacaq. Bu barədə ASC-dən məlumat verilib.
“Hazırda “Azərsu” ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 300-dən artıq kənd və qəsəbəsində su layihələrini icra edir. Martın 11-də Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinə, martın 12-də isə Xaçmaz kəndinə suyun verilməsi ilə əlaqədar açılış mərasimləri keçirilib”, deyə məlumatda qeyd edilir.
“Azərsu”nun məlumatına görə, içməli sudan əziyyət çəkən 17 mindən artıq sakinin problemi öz həllini tapıb. Gələcəkdə Oğuz rayonunun digər kəndlərində də su layihələrinin icrası planlaşdırılır.
Məlumatda vurğulanır ki, Oğuz rayonun 7 kəndində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üzrə layihənin reallaşdırılmasına 2012-ci ildə başlanılıb. Layihə çərçivəsində ümumi uzunluğu 80 km olan magistral su xətti çəkilib, ümumi tutumu 4600 kubmer olan 11 ədəd su anbarı tikilib, 223 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb, kəns sakinləri üçün 3425 ədəd su sayğacı quraşdırılıb.