Martın 15-də saat 15.00-da "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində məşhur pianoçu və caz ifaçısı Keiko Matsuinin Bakıda keçiriləcək konserti ilə əlaqədar mətbuat konfransı keçiriləcək. Konsert “Buta” İncəsənət Mərkəzi tərəfindən təşkil olunur.
Mətbuat konfransında jurnalistlər üçün dünyada tanınmış pianoçunun yaradıcılığı ilə bağlı məlumat əldə etmək imkanı yaranacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin yeni ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07