Bu gün Bakıda YUNESCO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) fövqəladə iclası işinə başlayıb.Tədbir 3 gün davam edəcək.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
50-dən artıq iştirakçının qatıldığı iclasda idmanda şəffaflığın qorunub saxlanması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi məsələləri müzakirə ediləcək.
Tədbir mayda Berlində Ümumdünya Bədən tərbiyəsi və İdmana məsul nazirlərin və rəsmilərin 5-ci Konfransına hazırlıq xarakteri daşıyır.