“Samsung Engineering” şirkəti Azərbaycanda karbamid zavodunun layihələndirmə və tikinti işlərini həyata keçirəcək.
Çərşənbə günü Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və “Samsung Engineering” şirkətinin icraçı direktoru Ceok Park arasında zavodun layihələndirilməsi, alqı- satqı və tikintisi üzrə “açar təhvili” tipli müqavilə imzalanıb.
Razılaşmaya əsasən Koreya şirkəti işçilər üçün test və treninqlər təşkil edəcək, tikinti-quraşdırma işlərini həyata keçirəcək.
Zavodun tikintisi üçün 24 hektar sahə ayrılıb.Podratçı seçimi üçün keçiriləın tenderdə 10 şirkət iştirak edib.
R.Abdullayev jurnalistlər bildirib ki, layihənin dəyəri vergilər nəzərə alınmadan 500 mln. avro təşkil edib. Zavodun tikintisi üzrə işlər 33 ay ərzində yerinə yetirilməlidir, daha 2-3 ay test sınaqlarının aparılıması üçün lazım olacaq.Zavodun 2015-ci ilin sonunda istismarı verilməsi planlaşdırılır.
Onun sözlərinə görə, layihə Azərbaycanın dövlət büdcəsi tərəfindən maliyyələşdiriləcək.
C.Park söyləyib ki, bu “Samsung Engineering” şirkətinin Azərbaycanda ilk layihəsi və əməkdaşlığa doğru atılmış ilk addımıdır.Onun sözlərinə görə ,hazırda şirkət dünyanın 30 ölkəsində ümumi məbləği $38 mlrd. təşkil edən layihələr həyata keçirir.
2011-ci il dekabrın 19-da Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə zavodun özülü qoyulub.
Xəbər verildiyi kimi, karbamid zavodu Sumqayıtda tikiləcək.Zninavodda istehsal edilən azot gübrələri əsasən beynəlxalq bazarlara ixrac edilməsi planlaşdırılır.