Monteneqroda rəsmi səfərdə olan Prezident İlham Əliyev Bielo-Pole şəhərində Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə inşa etdirilən uşaq bağçasının layihəsi ilə tanış olub.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyevə uşaq bağçasının inşası ilə bağlı görülən işlər barədə məlumat verilib və son nəticəni əks etdirən layihələr və şəkillər nümayiş etdirilib. Prezident yeni park layihəsinə də baxıb.
Daha sonra Bielo-Pole şəhərinin meri Aleksandr Juliç İ.Əliyevə üzərində şəhərin rəmzi əks olunan xatirə lövhəsi təqdim edib.